Rusiyanın xarici işlər naziri amerikalı həmkarı ilə görüşündən sonra bu cür açıqlama verib
"Cənab Kerri və mən müharibə edən tərəflər deyilik. Daha əvvəl də qeyd etdiyim kimi, Ukrayna böhranı yalnız münaqişəli tərəflər arasında birbaşa danışıqlar vasitəsi ilə öz həllini tapa bilər".
ANS PRESS-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə görüşündən sonra bu cür açıqlama verib. Görüş Fransanın paytaxtı Parisdə baş tutmuşdu.
Tərəflər qlobal təhlükəsizlik məsələlərində, xüsusilə İŞİD-ə qarşı mübarizədə kəşfiyyat mübadiləsi üzrə əməkdaşlıq etməyə razılıq veriblər.