15 Oktyabr 2014 10:52
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda bombanın işə düşməsi nəticəsində Şiə deputat əl- Xəfəyi və 6 nəfər ölüb, 20 nəfər yaralanıb.


Bomba Bağdadın şimalındakı el-Kazımiyyə kəndində Şiə meyilli deputat Əhməd əl-Xəfəyinin avtomobili yoldan keçən vaxt işə düşüb.

Məlumatlara görə, terror hadisəsi kamikadze vasitəsi ilə törədilib. Kamikadze bomba yüklü avtomobili millət vəkilini müşaiyət edən maşın karvanın yanında partladıb. Nəticədə deputat və 6 nəfər ölüb,20 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər