ABŞ prezidenti Barak Obama bu gün Avropa Birliyi (AB) liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, videokonfransda Britaniya, Fransa, Almaniya və İtaliya liderləri iştirak edəcək. Bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Bildirilir ki, müzakirələr zamanı Ukrayna və Rusiyanın liderlərinin Minsk görüşü zamanı əldə olunmuş atəşkəs haqqında sazişin həyata keçirilməsi, həmçinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı və Ebola virusu ilə mübarizə üçün yeni təkliflərin irəli sürüləcəyi gözlənilir.
Samir