Yeni növ koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp əhaliyə Tvitter hesabında müraciət edərək səhhətinin yaxşılaşdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp seçkiqabağı kampaniyasına sürətli qayıdış barədə danışaraq özünü əla hiss etdiyini deyib.
"Bura gələndə özümü elə də yaxşı hiss etmirdim, amma indi özümü əla hiss edirəm. Düşünürəm ki, tezliklə qayıdacam, kampaniyanı nə vaxt sona çatdırmağın mümkün olacağını gözləməyəcəm", - söyləyib.
Onun sözləinə görə, dünyada milyonlarla insan COVID-19-a yoluxub, o, təkcə amerikalılar üçün yox, həmin insanların hamısı uğrunda mübarizə aparır.