5 Oktyabr 2020 16:28
13 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən tərəflər Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış son duruma diqqət çəkiblər.

Türk diplomat Ermənistanın mülki şəxslərə hücum etdiyini, bunun yeni olmadığını deyib:

“Tarixə nəzər saldıqda Xocalıda 630-dan çox insanı necə vəhşicəsinə qətlə yetirildiyini görə bilərsiniz. Ermənistan iyul ayında yenidən mülki şəxslərə hücum etdi. İndi də bölgədə həm hərbçilərə, həm də mülki şəxslərə hücum edir. Uşaqlar da daxil olmaqla bir çox mülki şəxs şəhid olub. Son günlərdə çətin duruma düşən Ermənistan Gəncə, hətta Bakıya raket atmağa başlayıb.

Azərbaycan öz ərazisində mübarizə aparır. Öz torpaqlarını terrorçulardan və işğalçılardan qurtarmaq üçün mübarizəyə başlayıb. Əvvəla, buradakı hər kəs Azərbaycanı bu mənada dəstəkləməlidir. Lakin bütün beynəlxalq təşkilatlar və ölkələr ya “balans siyasəti” yürüdür, ya da Ermənistanı dəstəkləmək üçün açıqlamalar verirlər. NATO Ermənistanı Azərbaycan ərazisindən çəkilməyə çağırmalıdır”.

NATO Baş katibi Stoltenberq isə bunları deyib:

“Türkiyə çox ciddi qəbul etdiyimiz bir müttəfiqdir. Məqsədimiz bölgədəki riskləri azaltmaqdır. Mübahisələr danışıqlar yolu ilə həll edilməlidir.

Türkiyə Qarabağdakı atəşkəs elan edilməsi üçün bölgədəki təsirindən istifadə etməlidir. Çox narahatıq (Ermənistanın mülki vətəndaşlara hücumunu nəzərdə tutur), yaxından izləyirik. Münaqişə ən qısa müddətdə sona çatmalıdır. Sülh üçün danışıqları davam etdirməliyik. Çünki Qarabağ bölgəsində hərbi həll yolu yoxdur ”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər