Rusiya ilə Çin arasında gələn il ticarət dövriyyəsinin həcmi 100 milyard dollara çata bilər.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin baş naziri Li Kecyanom ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, Qərbin sanksiyalarına və əlverişsiz vəziyyətə görə Pekin Moskvanın əsas iqtisadi tərəfdaşına çevrilir: “Bu xoşagələn haldır ki, Çin Rusiya iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə ilk yerlərdən birini tutur”.
Tərəflər görüş zamanı “Sibirin gücü” boru kəməri ilə Rusiya qazının Çinə ötürülməsi üçün sazişi də imzalayıblar.
Samir