5 Oktyabr 2020 18:53
7 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mediası Ermənistan Baş naziri Nikol Paşinyanın telefon zənginin Rusiya Prezidenti Vladimir Putin tərəfindən rədd edilməsinə geniş yer ayırıb.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin media qurumları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən Ermənistanın aldığı ağır zərbələrdən sonra xarici qüvvələrdən kömək gözlədiyini yazır.

Müxtəlif media orqanlarından dərc olunan məqalələrdə bildirilib ki. Ermənistandakı mülki məskunlaşma yerlərinə etdiyi hücumlarına artıqlaması ilə cavab verən Azərbaycan ordusu işğal altındakı əraziləri azad etmək üçün işğalçının mövqelərini vurmağa davam edir.

“Haber7” saytında “Paşinyan Putinə yalvarmaqdan doymur” basil ilə dərc olunan məqalədə bildirilib:

“Ardıcıl zərbələrdən sonra gücdən düşən Ermənistan həll yolunu Rusiyaya yalvararaq axtarır. “Rusiya-1” televiziyasının təqdim etdiyi görüntülərdə canlı yayımda jurnalistlərə siyasi gündəmlə bağlı açıqlamalar verən Putin telefonu onu axtaran Ermənistan Baş Naziri Nikol Paşinyanın üzünə bağladı.

Rusiya liderinə başqa bir zəng Putinin xarici liderlərlə danışıqları ilə bağlı açıqlamalar verərkən, gün ərzində ona bir dəfə də zəng etdiyini söylədiyi Paşinyandan gəldi. Jurnalistlərin qarşısında Paşinyanın telefonunu açaraq qısaca “İndi məşğulam, daha sonra danışarıq” dedikdən dərhal sonra söhbəti bitirən Putinin münasibəti böyük səs-küy yaratdı”.

Türkiyə mediası Paşinyanın son ümid yeri kimi baxdığı Putindən də kömək ala bilmədiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər