6 Oktyabr 2020 06:16
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə keçirilən etiraz aksiyasının iştirakçıları Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev bildirib.

"Sapar İsakov bu gün azad edilib. O, azadlıqdadır", - Jooşev deyib.

İsakov Atambayevin hakimiyyəti dövründə Nazirlər Kabinetinə başçılıq edib. O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidən qurulması zamanı dövlət büdcəsinə 1,4 milyon ABŞ dolları məbləğində zərər vurmaqda ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər