6 Oktyabr 2020 07:40
1 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda etirazçılar Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.

Teleqraf.com xəbər verir ki, etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar da Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.

Xatırladaq ki, A.Atambayev 2019-cu ilin avqustunda tutulub və o vaxtdan bəri MTDK-nin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü. A.Atambaev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər