Nümayişçilər tərəfindən ələ keçirilən Qırğızıstan parlament binasında yanğın baş verib.
Teleqraf.com-un məlumatına görə, həmin binada dövlət başçısının administrasiyası da yerləşir.
Yanğın dördüncü mərtəbədəki ofislərdən birində qeydə alınıb.
Binanın bu hissəsində qanunvericilik orqanı işçilərinin iş yerləri olur.