“İraq-Şam İslam Dövləti” (İŞİD0 terror təşkilatı rəsmən köləliyi tətbiq edir.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatına məlumat yayılıb. Verilən xəbərlərə görə, militanlar tutduğu ərazilərdə yerli sakinləri istismar edir: “Yaraqlılar əsasən yaşından asılı olmayaraq, qadınları cinsi təcavüzə məruz qoyur. Bu quldarlıq dövrünün bərpası deməkdir”.
Ərəb kütləvi informasiya vasitələrində yayılan məlumatlarda İŞİD-in nəzarət etdiyi ərazilərdə insan alverinin geniş vüsət aldığı və ən böyük qul bazarının Mosul şəhərində təşkil olunduğu qeyd edilir.
Samir