6 Oktyabr 2020 20:16
3 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya dövlət tərəfindən qorunur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində neo-nasist qruplaşmalar ordu və təhlükəsizlik strukturları daxilində təşkilatlanır:

“Görünür, Avropa İkinci Dünya Müharibəsində baş verən soyqırımından lazımi dərsi almayıb.

Bizim kimi həqiqətləri yüksək səslə dilə gətirən siyasətçilərlə düşmənçilik etməyə çalışırlar. Bu, son zamanlarda türklərə və İslama qarşı alovlanan nifrətin arxasında duran səbəblərdən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər