15 Oktyabr 2014 14:42
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna böhranının ən uğurlu həlli dialoqdur”

Minskdə imzalanan bütün müqavilələrə baxmayaraq, Ukraynada atəşkəs həssasdır.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov açıqlayıb. Onun sözlərinə görə, münaqişənin həlli üçün danışıqlar vacibdir: “Regionda minlərlə insan ölür, yaralanır. Bunun başqa yolu yoxdur. Danışıqlar ən uğurlu vasitədir”.

İvanov həmçinin atəşkəsin tam təmin olunmadığı müddətcə dialoqun mükünsüzlüyünü də xatırladıb.

Kreml xarici siyasət üzrə müşaviri Yuri Uşakov İtaliyanın Milan şəhərində oktyabrın 16-17-də keçiriləcək Asiya-Avropa zirvə görüşü ərərfəsində Vladimir Putin, Petro Poroşenko, Fransua Olland və Angela Merkel arasında dördtərəfli sammitin baş tutacağını açıqlayıb.

Xatırladaq ki, BMT-nin yaydığı məlumatda aprelin ortalarından Ukraynanın şərqində başlanan müharibə nəticəsində ən azı 3700 nəfər ölüb, 8800-ü isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər