15 Oktyabr 2014 15:26
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərinin şimalında Əl-Kazimiyyə məlləsində bu gün baş verən partlayışda ölənlərin sayı 25-ə çatıb.

Teleqraf.com euronews.com istinadən xəbər verir ki, kamikadzenin nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı avtomobildə yerləşdirdiyi bombanın partlaması nəticəsində azı 50 nəfərin öldüyü bildirilir.

Terror aktını “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı üzərinə götürüb. Yayılan məlumatlara görə, İŞİD artıq Bağdad yaxınlığında bir neçə strateji mövqeni ələ keçirib.

Bu arada ABŞ prezidenti Barak Obama koalisiya qüvvələrinin liderləri ilə görüşündə islamçılar ilə mübarizə strategiyasında yaxın vaxtlarda dəyişikliyin gözlənilmədiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər