8 Oktyabr 2020 22:23
3 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasla görüşüb.

Teleqraf.com xəbər verir ki, iclasdan sonra Çavuşoğlu vacib açıqlamalar verib.

Nazir Çavuşoğlunun açıqlamaları belədir:

“Bir çox insan Maraşda (Şimali Kiprdə şəhər) illərlə bağlı olan mülklərindən istifadə edə bilmədi, çünki qapalı idi. Ancaq çimərliklərin və xüsusi mülklərin olmadığı bəzi yolların açılması vacib idi. Bu səbəbdən bu cür qərarlar BMT qətnamələrini pozmadan verilməlidir. Hər kəsə ədalətli işimiz barədə danışmağa davam edəcəyik”.

Yunan həmkarı ilə görüşü zamanı bir çox məsələlərin həlli ilə bağlı müzakirələrin davam etdirilməsi üçün anlaşma əldə edildiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu