Türkiyədə son sutka ərzində 58 nəfər koronavirusdan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Onun sözlərinə görə, son 24 saatda 1615 nəfər COVID-19-a yoluxub.
Xatırladaq ki, Türkiyədə ümumilikdə 330 753 nəfər infeksiyaya yoluxub, 8667 nəfər korona qurbanı olub.