15 Oktyabr 2014 19:45
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya torpaqlarında bufer zonanın yaradılması mümkün deyil.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu sözlər Suriya Xarici İşlər Nazirliyinin bəyanatda bildirilir.

Yayılan sənəddə xarici qüvvələrin digər məqsədlər üçün Suriyaya müdaxiləsi pislənilir: “Xarici qüvvələrin torpaqlarımıza düşmən kimi müdaxiləsinə yol verməyəcəyik. Suriya dostları ilə birlikdə sülh və ərazi bütövlüyünü təmin edəcək”.

Türkiyənin bufer zona yaradılmasına qarşı çıxılan bəyanatda Suriya xalqının müqəddəratını təyin etmək hüququna malik olduğu qeyd edilir: “Suriyanın daxili işlərinə qarışılmasına imkan vermərik. Bu beynəlxalq hüquq ilə BMT-nin konvensiyalarının açıq aşkar pozulmasıdır. Türkiyə hökuməti Suriyanın böhranın başladığı gündən bu yana suverenliyini təhdid etməyə, sistemli şəkildə ölkədəki sabitliyi və ərazi bütövlüyünü hədəf almağa davam edir”.

Açıqlamada Türkiyənin Suriya və İraqı vuran bir terror bazası halına gəldiyi və bunun region ölkələri üçün də təhlükə törüətdiyi iddiası irəli sürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər