Tacikistanda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub.
Teleqraf.com xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, səslərin 90 faizini alan indiki dövlət başçısı Emoməli Rəhmon növbəti dəfə prezident seçilib.
Bununla da Emoməli Rəhmon beşinci dəfə Tacikistan prezidenti postuna əyləşib.
Mərkəzi Seçki Komissiyası elan edib ki, 4 milyon 221 min seçicinin iştirak etdiyi seçkidə Emoməli Rəhmon 3 milyon 837 min səs alıb.
Tacikistan Sosial Demokrat Partiyasının sədri Rəhmatullo Zoirov rəsmilərin yanlış məlumat verdiyini söyləyib.