13 Oktyabr 2020 15:54
2 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin prezidenti Aygün Əttar Ermənistan-Azərbaycan münaqişəsində bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün BMT-yə müraciət edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki o, bu barədə Türkiyənin “Anadolu” agentliyinə danışıb.

Qurum rəhbəri qeyd edib ki, bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT) və vəkillə birlikdə Fransanın Minsk Qrupundan çıxarılması üçün müraciət edəcək.

Aygün Əttar Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan Minsk Qrupunun 28 ildir bir həll yolu tapmadığını, bu formatın üzvü olan Fransanın BMT qətnamələrini pozaraq bitərəfliyini itirdiyini söyləyib.

O, 2011-ci ildə BMT-nin keçmiş baş katibi Pan Gi-Muna bir məktub göndərərək Ermənistanın hərbi cinayətkar kimi mühakimə olunmasını və Fransanın Minsk Qrupu həmsədrliyini tərk etməsini tələb etdiyini xatırladıb.

Aygün Əttar 2011-ci ildə Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını “soyqırım” kimi qəbul etdiyini və hətta konstitusiyaya saldığını, Fransanın Ermənistan-Azərbaycan gərginliyindəki qərəzli açıqlamaları səbəbindən Minsk Qrupundan çıxarılması lazım olduğunu vurğulayıb.

Aygün Əttarın sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər