13 Oktyabr 2020 20:33
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Ankaranın oktyabrın 11-də “Oruc Rəis”tədqiqat gəmisini Aralıq dənizinin şərqinə göndərməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Ankara bölgədə gərginliyi artırmaqda və Afina ilə kəşfiyyat danışıqlarına başlamağı qəsdən çətinləşdirməkdə ittiham edilib.

Yunanıstanın Türkiyəyə qarşı həyata keçirdiyi təxribatlarının görməzdən gəlindiyi açıqlamada növbəti dəfə Ağ Evin ədalətsiz mövqeyi nümayiş etdirilib.

Dövlət departamentinin sözçüsü Morqan Ortaqusun verdiyi açıqlamada bildirilib:

“Təhdidlər və hədələr Aralıq dənizinin şərqindəki gərginliyi aradan qaldırmayacaq. Türkiyəni dərhal əvvəlcədən hesablanmış bu təxribatları dayandırmağa və Yunanıstanla kəşfiyyat danışıqlarına başlamağa çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər