Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.
“Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı Metina bölgəsində kəşfiyyat və nəzarət vasitələri ilə təsbit edilən və terror aktına hazırlaşdıqları təyin olunan iki PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib”, - açıqlamada bildirilib.