Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçak koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
38 yaşlı jurnalist bir neçə gün əvvəl COVID-19 testindən keçib.
Nəticələr oktyabrın 11-də məlum olub, lakin həkimlər hələ də K. Sobçakla əlaqəyə çıxa bilməyiblər.
Ehtimal edilir ki, K. Sobçak analizlərinin nəticələri barədə məlumatsızdır.