Çin dövlət başçısı Si Cinpin Quanqdonq əyalətindəki bir hərbi bazaya səfəri zamanı hərbi qüvvələrə savaşa hazır olmaq çağırışı edib.
Teleqraf.com xəbər verir ki, o, hərbi qüvvələrin yüksək sayıqlıq vəziyyətini qoruyub saxlamalı olduğunu deyib.
Hərbi analitiklər Cinpinin açıqlamasını və gözlənilməz yoxlamasını Çinin müxtəlif sahələrdə ola biləcək hərbi qarşıdurmalara hazırlığı sürətləndirəcəyinə mesaj kimi şərh edirlər.
Bu səfərin ABŞ və Çin arasındakı Tayvan və COVID-19 pandemiyası ilə əlaqədar gərginliyin ən yüksək həddə çatdığı bir vaxta təsadüf etməsi diqqət çəkib. Yaxın günlərdə ABŞ-ın Tayvana üç müasir hava hücumundan müdafiə sistemi satmağa hazırlaşdığı da nəzərdən qaçmayıb.
“The National Interest” nəşri ABŞ-ın Çin Hərbi Hava Qüvvələrinin ehtimal olunan hücumlarına cavab olaraq, Tayvana “F-35” döyüş təyyarələri verəcəyini yazıb.