16 Oktyabr 2014 09:28
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malaziya polisi Suriyada İŞİD qrupuna qoşulmağı planlaşdıran qadın və kişilərdən ibarət 13 nəfərin həbs edildiyini bildirib.

Rəsmilər hadisə barədə əlavə məlumat verməsələr də, xəbərlərə görə şübhəlilər arasında tələbələr və fabrik işçiləri var.

Rəsmilərə görə, aprel ayından indiyədək ümumilikdə 36 malaziyalı İŞİD-ə qoşulmağa çalışmaqda şübhəli bilinərək həbs edilib, azı 30 digər adam isə silahlı qrupa qoşulmağa müvəffəq olub.

Çərşənbə axşamı günü Malaziya polisi Kuala Lumpur şəhəri yaxınlığındakı restorana reyd keçirərək bir qrup şəxsi həbs edib.

Milli polis rəisi Xalid Əbu Bəkr Malayziyada "yaraqlı və terrorçulara yer olmadığını" vurğulayıb.

Malayziyalı yaraqlılar sosial mediada fəallaşaraq minlərlə tərfdarlar əldə ediblər, onlara silahlılara qoşumağa sövq edirlər.

İyun ayında Malysia XİN-i İŞİD tərəfində döyüşlərdə 15 malayziyalı vətəndaşın həlak olduğunun güman edildiyini bildirib.

Bundan 1 ay sonra Malayziya polisi restoran və gecə klublarında İŞİD çağırışı ilə bomba partlayışları törədilməsi qəsdinin qarşısını aldığını bildirib.

Malayziya əvvəl də İslamçı yaraqlılar üçün, o cümlədən əl-Qaidə əlaqəli “Jemaah İslamiah” qrupu üçün də, baza rolunu oynayıb.

Güman edildiyinə görə həmin qrup 2002-ci ildə Balidə törədilmiş bomba partlayışlarına görə cavabdehdir.

Həmin partlayışlar nəticəsində 200-dən çox adam həlak olmuşdu.

Lakin Malayziya rəsmiləri tərəfindən keçirilmiş antiterror əməliyyatları nəticəsində bucür qrupların fəallğı azalmışdı./anspress/


Müəllif:

Oxşar xəbərlər