Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilənin (START-3) heç bir şərt olmadan ən azı bir il uzadılmasının bir il içində bütün parametrlər üzrə ABŞ-la nəticəli danışıqların başlamasına imkan verəcəyinə inanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə baş tutan görüşdə deyib.
Onun sözlərinə görə, bu cür müqavilələr üzrə nəticəli danışıqlar apara bilmək ölkələrin və dünyanın sabitliyini qorumaq baxımından önəmlidir.