Türkiyədə son sutka ərzində 1 815 yeni yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, Türkiyədə bu gün 72 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 9 296, yoluxanlar isə 347 min 493 nəfərə çatıb.
Türkiyədə indiyədək 304 min 003 xəstə sağalaraq evə buraxılıb.