Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının yeni prezidenti seçilən Ərsin Tatarı təbrik edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Kipr türklərinə növbəti dəfə öz dəstəyini ifadə edib.
“Şimali Kipr Türk Respublikasının prezidenti seçilən cənab Ərsin Tatarı öz adımdan və türk xalqı adından təbrik edirəm. Türkiyə Kipr və türk xalqının haqq və hüquqlarını qoruması üçün lazım olan bütün səyləri göstərməyə davam edəcək”, - Ərdoğanın açıqlamasında bildirilib.