19 Oktyabr 2020 16:32
14 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin İranla silah ticarəti edən fiziki və hüquqi şəxslərinə, o cümlədən şirkətlərinə qarşı sanksiya tətbiq etməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, İran BMT-nin ona qarşı tətbiq etdiyi silah embarqosunun ləğv edildiyini elan etdikdən sonra Pompeo yazılı açıqlama verib.

Bəzi silahların İrana ixracının və ya bu ölkədən silah alınmasının BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması kimi qəbul ediləcəyini deyən Pompeo vurğulayıb:

“ABŞ ənənəvi silah tədarükü, satışına və ya İrana təhvil verilməsinə töhfə verən fərd və təşkilatlara sanksiya tətbiq etmək üçün bütün daxili gücündən istifadə etməyə, bundan əlavə bu silahlarla əlaqədar texniki təlim, maliyyə dəstəyi və xidmətləri göstərən şəxslərə və qurumlara sanksiya tətbiq etməyə hazırdır. Yaxın Şərqdə sülh və sabitlik axtaran və terrorla mübarizəni dəstəkləyən bütün xalqlar İranla bütün silah ticarətindən imtina etməlidirlər”.

İrana silah satışının bölgədəki gərginliyi artırdığını müdafiə edən Pompeo, Tehranın bununla silahların terror təşkilatlarına daha əlçatan etdiyini, İsrail və digər dinc ölkələrin təhlükəsizliyini təhlükəyə atdığını qeyd edib.

İranın hazırda iki yolunun olduğunu vurğulayan dövlət katibi, bu ölkənin ya BMT sanksiyalarını pozaraq silah almağa davam edə biləcəyini və ya öz vəsaitlərini İran xalqı üçün istifadə edə biləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər