19 Oktyabr 2020 23:55
3 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mediası son günlərdə yeni bir təcavüz iddiası ilə çalxalanır.

Teleqraf.com xəbər verir ki, budəfəki iddia Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl-Nəhyanla bağlıdır.

İddiaçı 32 yaşlı təşkilatçı Katlin Maknamaradır.

İngiltərənin “The Sunday Times” qəzetinin verdiyi məlumata görə, Əbu-Dabi Ədəbiyyatı Festivalının təşkilatçısı Maknamara fevralın 14-də Nəhyanın xüsusi adasındakı lüks villasına dəvət edilib.

Festivalın açılış hazırlıqlarını müzakirə etmək üçün adaya gedən Maknamara o qədər də xoş sürprizlə qarşılaşmayıb və olduğu yerin ünvanını telefonla festivalın rəhbəri Peter Florensə göndərib.

Maknamara villaya getdiyini və Nəhyanla söhbət etməyə başladığını, daha sonra nazirin ona toxunmağa başladığını və cinsi təcavüz etdiyini iddia edib:

“Yanımdakı divanda oturdu, qoluma və ayaqlarına toxunmağa başladı. Mən uzaq durmağa çalışsam da o, əl çəkmək istəmirdi. Bundan sonra o adaya və villaya niyə çağırıldığımı anladım. Özümü o qədər sadəlövh hiss edirdim. O anlar ürpədici idi”.

Maknamara 69 yaşlı Şeyx Nəhyanın villasından qaçdığını və taksiylə oradan çıxdığını söyləyib. Maknamara iddialarını sübut etmək üçün festivalın rəhbəri Peter Florenslə yazışmalarını “The Sunday Times”-ə göndərib. Həmin olaydan sonra nazir Maknamaranı axtarmağa davam edib. Telefon qeydlərində Nəhyanın hadisədən bir gün sonra qadına 14 dəfə zəng etdiyi, fevralın 16-da ona bir mesaj göndərdiyi ortaya çıxıb. Maknamara baş verənlər haqda ingilis konsulluğuna məlumat verib.

Qəzetə gələn tibbi hesabatda Maknamaranın hadisədən sonra travma və stress yaşadığı, gecə saatlarında təkrarlanan panik ataklara məruz qaldığı və yuxu problemi yaşadığı ifadə edilib. Digər tərəfdən, Maknamara festival komitəsini onu dəstəkləməməkdə günahlandırıb.

Nəhyan cinsi təcavüz iddiaları ilə bağlı sualları cavabsız qoyub.

Dünyanın dördüncü ən zəngin kral ailəsinin üzvü olan Nəhyan İngiltərədə bir çox əmlaka sahibdir. Ailənin digər üzvü Şeyx Mənsur bin Zayed əl-Nəhyan Premyer Liqa klublarından olan “Mançester Siti”nin sahibibidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər