19 Oktyabr 2020 18:37
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sima Sadat Lari son sutka ərzində ölkədə COVID-19 koronavirus infeksiyasından 337 nəfərin öldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu, epidemiyanın başlamasından bəri İranda bir gün ərzində COVID-19 qurbanlarının qeydə alınmış maksimal say göstəricisidir.

“Son 24 saat ərzində İranda 337 xəstə ölüb və ümumi ölüm sayı 30 712-ə çatıb”, – deyə İranın “ISNA” agentliyi onun sözlərini sitat gətirir.

Ölkədəki ümumi koronavirusa yoluxma sayı 534 631-ə çatıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər