19 Oktyabr 2020 20:13
5 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ekologiya nazirinin müavini Mehmet Emin Birpur Sakarya sahillərində çəkilən “U 20” sualtı gəmisinin görüntüsünü paylaşıb.

Teleqraf.com xəbər verir ki, Birpınar sualtı gəminin təmizlənərək turistlər üçün təqdim ediləcəyini bildirib.

“U 20” Hitlerin itən sualtı gəmilərindən biridir. İkinci Dünya Müharibəsinin şahidlərindən biridir. Bu tarixi qorumalı və dalğıc turizminə təqdim etməliyik”, - dövlət rəsmisi bildirib.

İkinci Dünya Müharibəsində Hitlerin komandanlığı altındakı Almaniya ordusu Qara dənizdə SSRİ-yə qarşı üstünlük qazanmaq üçün bir donanma yaratmaq qərarı verdi. Amma sualtı gəmilərin Qara dənizə çatdırılması asan deyildi. Hissə-hissə parçalan sualtı gəmi Elba çayı vasitəsilə cənuba gətirildi. Daha sonra xüsusi dizayn edilmiş yük maşınları ilə Tunadan Konstantaya gətirilərək, burada yığılaraq dənizə buraxıldı.

Hitlerin 6 sualtı gəmisi Sovet İttifaqının çox sayda gəmisini batırdı. Ancaq SSRİ ordusu Konstantanı ələ keçirdikdən sonra Hitlerin sualı gəmilərindən biri yoxa çıxdı. Qalan 3 sualtı gəmi isə Almaniyanın məğlubiyyətindən sonra öz heyətləri tərəfindən batırıldı. Bunlardan biri hazırda Sakarya sahillərindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər