20 Oktyabr 2020 12:50
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) Demokratlar partiyasından prezidentliyə namizəd və keçmiş vitse-prezident Co Baydenin Ukraynanın enerji şirkəti “Burisma” ilə əlaqəsi iddialarını araşdırmalı olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Tramp seçki kampaniyası üçün getdiyi Arizona ştatında jurnalistlərə açıqlama verib.

Baydenin oğlu Hanter Baydenin elektron poçtlarına dair “Nyu-York Post”da yayımlanan xəbəri xatırladan Tramp bildirib:

“FTB Co Baydeni bu mövzuda araşdırmalıdır. Hazırda bir istintaq olub olmadığını bilmirəm, ancaq onu araşdırsınlar. FTB-nin direktoru Kris Vreydən zəng edib soruşa bilərsiniz. Baydenə namizəd olmasına icazə verilməməli idi”.

O, medianın “Nyu-York Post” qəzetində yayımlanan iddiaları geniş işıqlandırmadığını deyib: “Mətbuat bu mövzuda məlumat vermədi. Bu ədalətli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər