20 Oktyabr 2020 22:42
4 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanıram ki, müsəlman olaraq yaşadığımız bu ağrılı və çətin dövrdə bir-birimizi daha çox dinləməli və tez-tez fikir mübadiləsi aparmalıyıq. Təəssüf ki, bu gün əsrlər boyu bəşəriyyətə işıq saçan, bilik, hikmət və sülhlə xatırlanan qədim İslam torpaqlarından fəryadlar yüksəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hər gün dünyada minə yaxın müsəlman bacı və qardaşı terrora və ya şiddətə qurban veririk. Xüsusilə, irqçilik, məzhəbçilik və terror çəkişmələri İslam dünyasını daxildən çökdürən problemlərə çevrilib. Ölənin də, qatilin də “Allahu Əkbər” dediyi bir məsələni qəbul edib həzm etməyimiz heç vaxt mümkün deyil”, - Türkiyə lideri bildirib.

Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun anti-İslam siyasətinə də toxunub:
“Fransız İslamı” və “Avropa İslamı” kimi anlayışların əsas məqsədi İslam və müsəlmanlarla hesablaşmamaqdır. Heç bir müsəlman ölkəsinin belə bir qeyri-müəyyənliyə razı olması mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər