21 Oktyabr 2020 08:45
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qara dəniz hövzəsinin təhlükəsizliyini qorumaq üçün dənizdə iki hərbi bazanın inşasına başlayırıq".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Prezident, həmçinin, əlavə edib ki, “Getman Sagaydachni” kimi hərbi gəmilərin yenilənməsi davam etdirilir: “Bununla yanaşı, “Kentavr” sürətli enmə qayıqları hazırlanır və yeni gəmi əleyhinə “Neptun” raketi istifadəyə verilib”.

Zelenski Türkiyə, İngiltərə və ABŞ-la hərbi əməkdaşlığı genişləndirmək planlarını da açıqlayıb: “Ukrayna Ankara ilə birlikdə hərbi texnikaların yenilənməsini, xüsusilə pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyi planlaşdırır”.


Müəllif: Teleqraf.com