Ukraynanın birinci prezidenti, Donbasa nəzarət üzrə nümayəndə heyətinin başçısı Leonid Kravçuk ölkənin cənub-şəqrində sülhə nail olmağın şərtlərini açıqlayıb.
Teleqraf.com "Ria-Novosti"yə istinadla xəbər verir ki, sabiq prezident Donbasın Ukraynaya yenidən inteqrasiyası prosesinin mürəkkəb olduğunu vurğulayıb.
O, prosesin dörd komponentdən ibarət olduğunu qeyd edib.
Leonid Kravçukun fikrincə, bu, hərbi əməliyyatların dayandırılması, Kiyev tərəfindən nəzarət olunmayan ərazilərdə seçkilərin keçirilməsi, orada icra hakimiyyətinin formalaşdırılması, həmçinin iqtisadi qanunlar paketinin qəbul edilməsidir.