22 Oktyabr 2020 10:25
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayında yeni koronavirus (COVID-19) epidemiyası səbəbindən sərhədlərini bağlayan Avropa İttifaqı (Aİ) Kanadanı səyahət məhdudiyyətlərinin qaldırıldığı ölkələr siyahısından çıxarıb.

Teleqraf.com xəbər verir ki, artıq Kanada vətəndaşlarına 14 günlük karantin müddəti başda olmaqla COVID-19 tədbirləri də tətbiq ediləcək.

Aİ COVID-19 epidemiyasının ikinci dalğasının təsirli şəkildə yaşandığı Kanadada xəstəlik sayında artımın qərara səbəb olduğunu göstərib.

Bu dəyişikliklə Aİ-nın COVID-19 məhdudiyyətlərini tətbiq etmədiyi ölkələrin sayı 9-a enib. Siyahıya Avstraliya, Çin, Yaponiya, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya, Tailand və Uruqvay daxildir. Üzv ölkələr üçün məcburi olmayan siyahı tövsiyə xarakteri daşıyır.

Qeyd edək ki, Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, Kanadada son 3 gündə COVID-19-dan 68 nəfər ölüb, yoluxma sayı 206 min 336-ya yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər