22 Oktyabr 2020 22:49
4 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həssas bir dönəmdən keçirik, bölgədə önəmli gəlişmələr baş verir. Baş verənləri müxtəlif yollarla izləyirik, dövlət olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq təşəbbüskar şəkildə aldığımız tədbirlərlə ölkəmiz və millətimizin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çalışırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Baş Qəraragah rəisi ordu generalı Hulusi Akar deyib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyə beynəlxalq medianın əsas müzakirə mövzusudur:
“83 milyonluq xalq, 780 min kvadrat kilometrlik ölkəmizin təhlükəsizliyi bizim məsuliyyətimizdir. Buna nail olmaq üçün əlimizdən gələni etdik, etməyə çalışırıq. Silahlı Qüvvələr çətin coğrafi və hava şərtləri daxilində ona verilən vəzifələri “ölsəm şəhid, qalsam qaziyəm” anlayışı ilə yerinə yetirir”.

Akar türk ordusunun FETÖ, PKK/YPG, İŞİD və buna bənzər digər terror təşkilatları ilə, habelə hər cür təhdid və təhlükələrə qarşı mübarizə apardığını söyləyib: “İraq və ya Suriyanın şimalında terrorçular öz yuvaları ilə birlikdə məhv edildi, onların çöküşü davam edir. Türk əsgəri girilməsi mümkün olmayan hər yerə girdi və girməyə davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər