23 Oktyabr 2020 08:45
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları İran üzrə sanksiyalar siyahısını genişləndirib.

Teleqraf.com xəbər verir ki, siyahıya İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları salınıb. Bundan başqa, sanksiyalar həmçinin islam ölkəsinin İraqdakı səfiri İrac Masjediyə də qarşı tətbiq edilib.

ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatına görə, İran strukturları Birləşmiş Ştatlarda demokratik prosesi dağıtmaq məqsədi ilə kütləvi informasiya vasitələrləri altında maskalanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər