Almaniya PKK da daxil olmaqla “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı vuruşan bütün kürd qruplarına silah göndərə bilər.
Teleqraf.com “Doğan” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyada Xristian Partiyalar Birliyinin sədri Volker Kauder açıqlayıb. Onun sözlərinə görə, dünya üçün daha böyük təhlükə halına gələn İŞİD-in şəhərləri işğal etməsini izləmək həll yolu deyil. Almaniya Baş naziri Angela Merkelin ən yaxınındakı adamlardan biri kimi tanınan Kauder bildirib ki, Türkiyənin PKK ilə probemlərinə baxmayaraq, Almaniya belə bir addım ata bilər:
“Əlbəttə, silah yardımı bir risk tələb edir. Göndərilən silahların 100 faiz istənilən yerə gedəcəyinə zəmanət verə bilmirik. PKK hələ də dünyada bir terror təşkilatı kimi tanınır. Türkiyə ilə birlikdə sülh danışıqlarına başlamaq lazımdır. Ancaq İŞİD-in dayandırılması daha vacibdir”.
Türkiyənin Suriyadan gələn qaçqınlara qapılarını açmasını alqışladığını bildirən Kauder PKK mövqelərini bombalamasının qəbul edilməz olduğunu əlavə edib.
Samir