24 Oktyabr 2020 00:26
3 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş gündür BMT-nin vasitəçiliyi ilə Cenevrədə davam edən Liviya danışıqlarında kritik gəlişmə yaşanıb.

Teleqraf.com xəbər verir ki, BMT tərəfindən tanınan Milli Hökumətlə qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qüvvələr arasında daimi atəşkəs elan edilib.

“Liviyadakı tərəflər ölkə daxilində daimi bir atəşkəs razılığına gəldilər. Bu tarixi müvəffəqiyyətdir, Liviyada sülh və sabitlik üçün əhəmiyyətli bir dönüş nöqtəsini təmsil edir”, - BMT-nin Liviya təmsilçisi Stefaniya Turko Uilyams deyib.

Diplomat beynəlxalq ictimaiyyəti bu müqaviləni dəstəkləməyə çağırıb.

Digər yandan, BM Tripoli ilə Benqazi arasında ilk mülki uçuşun bu gündən etibarən reallaşdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər