16 Oktyabr 2014 18:30
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Kadıköy bölgəsində Berkin Elvan aksiyalarından sonra metroya girən bir qrup şəxs vətəndaşlara dəhşət dolu anlar yaşadıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, qrup silah və bıçaq çəkərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “vahid din, vahid dövlət” fikirlərini səsləndiriblər. Bundan sonra metro stansiyaya çatdığında qrupla vətəndaşlar arasında insident yaşanır və vətəndaşlar qrup üzvlərini döyməyə başlayırlar.

Anadolu Baş Prokurorluğundan verilən xəbərlərə görə, qrup üzvləri Sədat və Sərxan Reyhanoğlu adlı qardaşlar olub. Prokuror silah işlətmək istəyən Sədat Reyhanoğluna 8 ildən 20 ilə qədər, bıçaqla hədə-qorxu gələn onun qardaşı Sərxana isə 4 ildən 10 ilə qədər həbs istəyib.

Faktla bağlı Anadolu cəza məhkəməsində cinayət işi açılıb.

Samir


Kadıköy metrosunda tekme tokat kavga cumhuriyet


Müəllif:

Oxşar xəbərlər