24 Oktyabr 2020 14:12
2 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andjey Duda COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Blajey Spıxalski Tvitter hesabında yazıb.

“Dünən Prezident Dudaya koronavirus testi tətbiq edildi. Nəticə pozitiv çıxdı. Prezidentin vəziyyəti yaxşıdır və lazım olan bütün tibbi yardımı alır”.

Qeyd edək ki, koronavirusu epidemiyasının sürətlə yayıldığı ölkələrdən olan Polşada son gündə 13 min 600 nəfərdə yoluxma faktı qeydə alınıb.

Hökumət yeni məhdudiyyətlər tətbiq edir. Polşanın Səhiyyə Nazirliyi bəyan edib ki, vəziyyət belə davam edərsə, gələn həftə gündəlik yoluxma sayı 25 minə yüksələ bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər