Əfqanıstan təhlükəsizlik qüvvələri terror təşkilatı "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Məsrini zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məsrinin adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında hallanırdı.
Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə və Amerika vətəndaşlarını öldürmək üçün əlbirlikdə günahlandırılıb.