25 Oktyabr 2020 23:14
6 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada aparılan anket-sorğularda Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksə olan inamın azaldığı ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, avqust ayında Emmanuel Makrona olan 41 faizlik inam sentyabr ayında 2.4 faiz azalaraq, 38.7-yə enib.

Sorğu sentyabr ayında 7 fərqli anket-sorğu şirkəti tərəfindən aparılıb.
Digər yandan, Baş nazir Kasteksin populyarlığı vəzifəyə təyin edildiyi iyul ayında 49.4-dən sentyabr ayında 42.29-a düşüb.

Ötən ay ölkədə aparılan bir araşdırma Fransa xalqının 65 faizinin pandemiyaya qarşı mübarizədə hökumətə etibar etmədiyini ortaya çıxarıb. Respondentlərin 45 faizi hökumətin pandemiyaya qarşı lazımi tədbirlər görmədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu