“Dünyanı xarabaya çevirən güclərin oyunlarını pozduğumuz üçün bizi hədəf alıblar”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bir də Hollandiyada bir millət vəkili (Geert Vilders) müqəvvası var. Durub bizimlə bağlı nəsə etməyə çalışır. Həddini bil. Sən kimə qarşı çıxdığını bilirsən? Həddini bilməlisən.
Bizim kitabımızda faşizmə yer yoxdur, faşizm sizin kitabınızda var. Biz faşizmi Almaniyada, İtaliyada gördük, yaşadıq, onlarla siz bərabər yol getdiniz. Bizim kitabımızda sosial ədalət var. Biz bu ədalətlə yol gedirik. Biz bu yolda bir parça çöryəmizi yoxsullarla paylaşmağı bilirik.
Dünyanı xarabaya çevirən güclərin oyunlarını pozduğumuz üçün bizi hədəf alıblar”, - Ərdoğan bildirib.