Ukraynanın dünyaca məşhur feminist qadınlar qrupu – FEMEN bu gün Milanın mərkəzindəki Dyumo meydanında soyunublar.
Teleqraf.com femen.org-a istinadən xəbər verir ki, onlar bununla Milanda keçiriləcək Asiya-Avropa (ASEM) forumun keçirilməsinə etiraz ediblər.
FEMEN-nin iki üzvü səhər meydana gələrək soyunub və üzərilərindən qırmızı şərab töküblər. Bununla onlar Ukraynanın şərqində münaqişənin dayandırılmasını tələb ediblər.
Qızlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onların şəxsiyyəti araşdırılır.
Xatırladaq ki, oktyabrın 17-də Milanda ASEm sammiti keçiriləcək. İclasda 50 dövlət və hökumət rəhbərləri iştirak edəcək.
Samir