27 Oktyabr 2020 15:45
11 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə cəlb edilməsi məsələsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Burada yalnız iki tərəfin baxışı vacibdir, mən qarşı tərəfləri, yəni Azərbaycanı və Ermənistanı nəzərdə tuturam. Çünki yalnız tərəflər bu və ya digər dövlətin həll prosesində iştirakını qəbul edə və ya arzulaya bilərlər”, - Peskov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər