İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.
"Aparatımın əməkdaşlarından biri koronavirusa yoluxub, gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi pozitivdir", - deyə o söyləyib.
Qalibaf hazırda karantində olsa da, vəzifəsini icra etməyə davam edəcəyini deyib.