“Türkiyə və Rusiya liderləri Qarabağ məsələsi üzrə danışıqların “2+2” formatında aparılmasını razılaşdırdılar”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə politoloq Zaur Məmmədov çıxış edib.
“Ərdoğan və Putin arasında telefon danışığı baş tutub. Türkiyə və Rusiya prezidentləri səviyyəsində Qarabağ müzakirələrinə start verildi. Bu faktiki olaraq, Kreml tərəfindən “2+2” formatının qəbul edilməsidir.
Rusiya başa düşür ki, Azərbaycana qarşı hərbi addımlar atarsa, qarşısında Türkiyəni görəcək.
Laçın dəhlizini əldə etmək vacibdir. Bundan sonra Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”, - ekspert bildirib.