Video əlavə olunub:
***
11:18
Pakistan Baş naziri İmran Xan müsəlman liderləri Qərb ölkələri tərəfindən İslam dünyasına qarşı tətbiq olunan İslamofobiya ilə bağlı ortaq strategiya qəbul etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, İmran Xan dünyada, xüsusən Avropada artan İslamofobiyaya qarşı birgə mübarizənin vacibliyindən danışıb.
“Müsəlman dünyasının bu mesajı birlikdə və açıq şəkildə bütün dünyaya, xüsusən Qərb dünyasına çatdırmasının zamanı gəldi. İslama və Peyğəmbərimiz Məhəmmədə edilən hücumlar dərhal dayandırılmalıdır”, - Pakistan baş naziri bildirib.
İmran Xan liderlər səviyyəsində verilən son açıqlamaları Qurana hörmətsizlik və çox sayda müsəlmanın yaşadığı Avropa ölkələrində İslamofobiyanın artması təzahürü kimi xarakterizə edib.
O bu kimi halların təhlükəli olduğunu, Avropa liderlərinin müsəlman dünyasından narazılığı artırdığını bildirib.